Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nizami rayon MKS-nin Mərkəzi kitabxanasında görkəmli şair Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 300 illiyinə həsr edilmiş şeir müsabiqəsinin ikinci seçim turu keçirilib.
   İdarədən bildirilib ki, müsabiqədə Nizami rayonunda yerləşən 109 və 316 nömrəli tam orta məktəblərin III-VI sinif şagirdləri iştirak ediblər. Hər məktəbdən bir şagird müsabiqənin final mərhələsinə vəsiqə qazanıb.
   Layihənin məqsədi məktəblilərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə klassiklərin yaradıcılığına marağın artırılmasıdır.