Parisdə keçirilən UNESCO-nun Baş Konfransının 39-cu sessiyası çərçivəsində qurumun 2018-2019-cu illər üzrə yubileylər siyahısı qəbul edilib. 
   UNESCO-nun İcra Şurası tərəfindən təqdim edilən yubileylər siyahısına üzv ölkələrdən 48 təklif irəli sürülüb. Azərbaycan tərəfindən bu siyahıya dahi bəstəkar Qara Qarayevin anadan olmasının və Bakı Dövlət Universitetinin 100 illik yubileylərinin qeyd edilməsi təklif olunub.
   Baş Konfrans tərəfindən bu təkliflər qəbul olunub. 2018-ci ildə Qara Qarayevin, 2019-cu ildə isə Bakı Dövlət Universitetinin100 illik yubileyləri UNESCO səviyyəsində qeyd ediləcək.
   Bundan başqa, Azərbaycan Şərqin böyük şair və filosofu, Azərbaycan əsilli Şihabəddin Yəhya Sührəvərdinin yaradıcılığa başlamasının 850 illik yubileyinin qeyd edilməsi barədə İran İslam Respublikasının irəli sürdüyü təklifə qoşulub.