Yeni filmin təqdimatı keçiriləcək
   
   Noyabrın 10-da Nizami Kino Mərkəzində “Yol ayrıcında qalmış taksi” qısametrajlı bədii filminin təqdimatı keçiriləcək.
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Debüt” studiyasında çəkilən filmin quruluşçu rejissoru Murad Quliyev, ssenari müəllifi Nonna Müzəffərova, quruluşçu operatoru Elxan Rüstəmov, prodüseri Fuad Əzizov, bədii rəhbəri Eldar Quliyevdir. Əsas rollarda Elşən Rüstəmov və Günay Əhməd çəkiliblər.