Noyabrın 13-də Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında görkəmli dramaturq banisi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının premyerası olacaq.
   Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Səhnə əsərində Mirzə Ələkbər Sabirin bəhri-təvillərindən, Səməd Mənsurun “Rəngdir” və “Gülməlidir” qəzəllərindən istifadə olunub. Rolları Püstəxanım Zeynalova, Zəhra Salayeva, Ruhiyyə Həsənova, Teymur Məmmədov, Məmməd Məmmədov, Mobil Qurbanov, Hamlet Qəmbərov, Yaşar Muradov və Azad Məmmədov ifa edirlər.