Lənkəran MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsində uşaq yazarları - “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova və Sevinc Nuruqızı ilə görüş keçirilib.
   MKS-nin direktoru Nuranə Nəsirova, şöbənin müdiri Xuraman Quliyeva çıxış edərək uşaqların mütaliəyə marağının artırılmasında belə tədbirlərin əhəmiyyətini qeyd ediblər. Bu xüsusda uşaq jurnallarının, digər nəşrlərin rolu vurğulanıb.
   Uşaqlar qonaqları Gülzar xanımın “Mən balaca deyiləm”, “Hansı peşəni seçim”, “Mənim ağıllı balam”, “Nərdənə və nar” kimi şeirlərini söyləməklə və rəqs nömrələri ifa edərək salamlayıblar.
   Sonda Gülzar İbrahimova və Sevinc Nuruqızı bu görüşə çox həvəslə gəldiklərini deyərək yeni əsərlərindən parçalar söyləyiblər. Uşaqlara “Sehrli dünya” jurnalı və disklər hədiyyə edilib.