Noyabrın 2-də Sabirabad rayon Mədəniyyət mərkəzində Bakı Uşaq Teatrı aktyorlarının ifasında “Günahsız günahkarlar” tamaşası nümayiş olunub. Tamaşa Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sifarişi ilə ərsəyə gəlib. 
   Səhnə əsərinin müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rəqslərin quruluşçusu isə Könül Şahbazovadır.
   Tamaşanı təqdim etməzdən əvvəl İntiqam Soltan çıxış edərək əsər barədə qısa məlumat verib. 
   Tamaşa müasir dövrün qlobal bəlalarından olan insan alveri və qanunsuz orqan transplantasiyasının doğurduğu faciələrdən bəhs edir. Maarifləndirmə məqsədli tamaşa maraqla qarşılanıb.