İsrailin ölkəmizdəki səfirliyinin nümayəndələrinin Azərbaycan Turizm və Menecment Universitetin turizm və hotelçilik ixtisası üzrə III kurs tələbələri ilə informasiya xarakterli görüşü olub. 
   Səfirliyin əməkdaşı Avital Rosenberg əvvəlcə ölkəsinin coğrafi mövqeyi, adət-ənənəsi, iqlimi haqqında və tələbələrin Eilat şəhərində yerləşən “İsrotel” hotellər şəbəkəsində təcrübə keçmək imkanı ilə bağlı ətraflı məlumat verib. 
   Sonra ötən tədris ilində “İsrotel” hotellər şəbəkəsində təcrübə keçən tələbələrdən Emil Hüseynzadə və Anastasiya Pavlotskaya 5 aylıq istehsalat təcrübəsi barədə təqdimat-çıxış ediblər.
   Görüşün yekununda universitetin Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva 2017/2018 tədris ilində İsraildə təcrübə keçmək arzusunda olan tələbələrə noyabr ayının 18-dək ərizə ilə müraciət etmələrini diqqətə çatdırıb.