Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Biznesin idarəçiliyi fakültəsinin dəstəyi və müəllim Aqil Vəliyevin təşkilatçılığı ilə müvafiq ixtisasda təhsil alan tələbələr üçün “Mədəniyyətlərarası menecmentdə dil və əlaqə: Şahdağ xalqları və itməkdə olan dillər” mövzusunda internet-seminar keçirilib.
   İsveçin Malmö və Lund universitetlərində elmi araşdırma aparan tədqiqatçı Elnur Əliyev və universitetin müəllimi Aqil Vəliyevin debat formatında təşkil etdikləri seminarda Azərbaycanda yaşayan Şahdağ etnik qrupları timsalında etnik dil və əlaqə, etnik azlıqların mədəniyyətlərarası menecmentdə rolu barədə ətraflı məlumat verilib. Qeyd edilən xalqların dili ilə bağlı qısa video görüntünün nümayişindən sonra tələbələrin sualları əsasında interaktiv müzakirələr aparılıb.