Azərbaycan Dövlət Pedaqoji Universitetində şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi Mirmehdi Seyidzadənin (1907-1976) 110 illiyinə həsr olunmuş "Yazdım gözəllər eşqinə" adlı gecə keçirilib. 
   Tədbirdə Xalq şairi Nəriman Həsənzadə, Xalq artisti Eldost Bayram, Əməkdar müəllim Ofelya Babayeva, professor, şair Zahid Xəlil və digər çıxış edənlər ədibin həyat və yaradıcılığından bəhs ediblər. 
   Bildirilib ki, şairin 1932-ci ildə kitabça şəklində nəşr edilən və mükafata layiq görülən "Şanlı gün" poeması məktəblilər üçün sevimli əsər olub. Daha sonra onun "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" kitabları nəşr olunub. M.Seyidzadə çoxlu sayda şeirlər, mənzum nağıl və pyeslər yazıb. Rus şair və yazıçılarının nağıl və şeirlərini Azərbaycan dilinə tərcümə edib. 
   Tədbirdə konsert proqramı təqdim edilib. Sonda şairin qızı Əsmər Seyidzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.