Noyabrın 27-dən dekabrın 2-dək Muzey Mərkəzinin sərgi qalereyasında rəssam Niyaz Nəcəfovun fərdi sərgisi keçiriləcək. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.
   Niyaz Nəcəfov 2009-cu ildə Venesiya Biennalesində Azərbaycanı təmsil edib. Əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka və s. ölkələrdə nümayiş etdirilib.