Noyabrın 16-da Şabran şəhər Mədəniyyət sarayında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə “Xalq teatrları və dram dərnəkləri: problemlər və perspektivlər” mövzusunda diskussiya keçirilib. Müzakirədə idarənin tabeliyindəki mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klublarda fəaliyyət göstərən xalq teatrlarının və dram dərnəklərinin rəhbərləri, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. 
   Tədbirdə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Sənan Talıbov, Məzahir Qarayev, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Xalidə Əsgərova, Şabran rayon üzrə nümayəndəsi Əhməd Səmədov çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər. 
   Şabran rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən dram dərnəyi üzvlərinin hazırladığı “Cəsurlar” uşaq tamaşası nümayiş etdirilib. 
   Elmi-Metodik Mərkəzin əməkdaşları Elnarə Hacıyeva “Xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təşkili”, Afaq Ağayeva “Xalq teatrlarında repertuar seçimi”, Aygün Balabəyova “Xalq teatrları, dram dərnəkləri və təbliğat” mövzularında məruzələrlə çıxış ediblər. 
   Məruzələr ətrafında müzakirələrdə Şabran rayon Mədəniyyət mərkəzinin direktoru Şəfiqə Məmmədova, dram dərnəyinin rəhbəri Cabir Əmrahov, “Xınayaxdı” folklor kollektivinin bədii rəhbəri Bayram Ağasıyev dram dərnəkləri və xalq teatrlarının gələcək fəaliyyətinə dair təkliflər səsləndiriblər.
   
   Lalə