2017-ci ildə turistlər üçün ən cəlbedici şəhərlərin adları açıqlanıb. “Euromonitor International” şirkətinin açıqladığı siyahıya Çinin xüsusi iqtisadi rayonu olan Honkonq başçılıq edir. 2017-ci ildə şəhəri 25,7 milyon turist ziyarət edib. İkinci yerdə Tailandın paytaxtı Banqkok (23,3 milyon), 3-cü yerdə isə London qərarlaşıb (19,8 milyon). İlk onluğa həmçinin Sinqapur, Makao, Dubay, Nyu-York, Şençjen və Kuala-Lumpur daxildir.