Azərbaycan Turizm və Menecment Universitetinin Dillər kafedrasının müdiri, dosent Kəmalə Kərimova və kafedranın müəllimi Ağaverdi Xəlilov Türkiyənin Balıkəsir vilayətinin Bandırma Universitetində təşkil olunan təhsil və sosial elmlər simpoziumunda iştirak ediblər. 
   Tədbirə 20-dək ölkədən iştirakçılar qatılıb. Kəmalə Kərimova "Turist firmasında gənc mütəxəssisin adaptasiyası" və Ağaverdi Xəlilov "Türk və şumer eposunun struktur bənzərliyi: ritual və janr əlaqələri kontekstində" adlı elmi məruzələrinə görə təşəkkürnamə alıblar.