Noyabrın 20-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamların əsərlərindən ibarət “Almaniya bir rəssamın gözü ilə” sərgisinin açılışı və qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
   Sərgi Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi, “Qız qalası” İncəsənət Qalereyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə reallaşacaq.
   Xatırladaq ki, bir müddət bununla bağlı müsabiqə elan olunmuşdu. Şərtlərə görə, artıq mükafatlandırılan fırça ustaları xaric, rəssamlığa marağı olan hər kəs müsabiqədə iştirak edə bilərdi. Müsabiqəyə kətan üzərində yağlı boya ilə işlənmiş əsərlər təqdim olunub. Süjet seçiminə məhdudiyyət qoyulmayıb.
   Sərgi dekabrın 3-dək davam edəcək.