Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) XIX Dünya Gənclər və Tələbələr Festivalına həsr edilmiş sərgi açılıb. Sərgidə festivalın işinin əsas istiqamətlərinə və bu tədbirdə Azərbaycan nümayəndə heyətinin iştirakına aid fotoşəkillər nümayiş etdirilir. 
   “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, festivalın iştirakçısı Teymur Rəhimov açılış mərasiminə toplaşanların qarşısında çıxış ediblər.
   Xatırladaq ki, XIX Dünya Gənclər və Tələbələr Festivalı 2017-ci il oktyabrın 14-dən 21-dək Rusiyanın Soçi şəhərində keçirilib. Festivalda dünyanın 150 ölkəsindən 18-35 yaşlarında 20 minədək gənc iştirak edib.