Dekabrın 1-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Emin Sabitoğlunun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
   Sənətkarın yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2017-ci il tarixli sərəncamına əsasən təşkil olunacaq gecədə Xalq artisti Rauf Abdullayevin idarəsi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu lə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, eləcə də tanınmış müğənnilər bəstəkarın simfonik əsərlərini və populyar mahnılarını səsləndirəcək.