Noyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bədii qiraət ustası, tanınmış aktyor, Xalq artisti Mikayıl Mirzənin (1947-2006) 70 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunacaq gecədə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək. Tədbirdə sənətkarın ömür yolundan danışılacaq, onunla bağlı xatirələr dilə gətiriləcək. Həmçinin M.Mirzənin qiraətlərinin yer aldığı videoçarx nümayiş olunacaq, müxtəlif bədii kompozisiyalar təqdim ediləcək.
   Qeyd edək ki, Mikayıl Mirzə oynadığı rolları təbii, inandırıcı şəkildə tamaşaçılara çatdırıb. Emosionallığı ilə özünəməxsus ifa üslubuna malik aktyor kimi tanınıb. O, “Azərbaycanfilm” kinostudiyasında lentə alınan bədii filmlərdə, onlarla səhnə əsərində yaddaqalan obrazlar yaradıb.