İspan rejissorun festival təəssüratları
   
   İspaniyanın Rioja vilayətinin www.larioja.com portalında, əslən bu regiondan olan rejissor, Bakıda keçirilən Turizm filmləri festivalının mükafatçısı Santyaqo Alkazarla müsahibə dərc edilib. Müsahibədə rejissorun festivalla bağlı təəssüratları əksini tapıb.
   “Flamenko Madrid 2017” reklam çarxı ilə festivala qatılaraq bürünc mükafat almış müəllif Azərbaycana səfərini çox maraqlı təcrübə adlandırır. O, azərbaycanlıların çox mehriban və ünsiyyət zamanı xoşniyyətli olduqlarını qeyd edir.
   Festivalın təşkilatçılığından razılıq edən ispan rejissor bu festivalların müxtəlif mədəniyyətlərin ünsiyyəti üçün əla platforma olmasını xüsusi qiymətləndirir.