Azərbaycan Turizm və Menecment Universiteti tələbələrin xaricdə təcrübə keçməsini diqqət mərkəzində saxlayır. 
   ATMU-nun Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva bildirib ki, ötən tədris ilində təhsil ocağının tələbələrindən 49 nəfəri Türkiyə, İsrail, Şimali Kipr Türk Cümhuriyyəti və Rusiyada turizm üzrə istehsalat təcrübəsi keçib.
   Onun sözlərinə görə, keçən tədris ilində universitetin əyani bölməsinin 140, qiyabi bölməsinin isə 24 tələbəsi istehsalat təcrübəsində olub. Tədris proqramına uyğun olaraq, universitetin magistrantlarından 86 nəfəri elmi tədqiqat təcrübəsini, 43-ü isə pedaqoji təcrübəni uğurla başa vurub.