Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ölkəni ziyarət edən turistlərin şəhərlər üzrə statistikasını açıqlayıb. Məlumata görə, bu ilin 10 ayında İstanbul şəhərini 9 milyon 120 min 248 nəfər xarici turist ziyarət edib. Ötən ilin eyni dövründə isə 7 milyon 866 min 433 nəfər xarici ziyarətçi qarşılayan İstanbulda bu il 16 faiz artım qeydə alınıb.
   Təkcə oktyabr ayında İstanbulu 1 milyon 122 min 266 turist ziyarət edib. Bu ayda ötən ilin eyni dövrünə nisbətən 42 faiz artım müşahidə olunub. 2016-cı ilin oktyabrında meqapolisə gələn turistlərin sayı 790 min 951 nəfər olub.
   Xarici turistlər içərisində birinci yerdə Almaniya vətəndaşları qərarlaşıb. Bu ölkədən İstanbula gələnlərin sayı 862 min 453 nəfər təşkil edib.
   
   Fariz