Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanasının oxucular arasında tətbiqi” və “Kitabsevər uşaqlar” layihəsinin inkişafı” mövzularında treninq təşkil edilib.
   Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova treninq haqqında məlumat verib. Qeyd edib ki, tədbirin məqsədi informasiya cəmiyyətində kitabxanaların qarşısında duran yeni vəzifələr və bu vəzifələrin icrası ilə bağlıdır. 
   Üç gün davam edən treninqdə “Kitabsevər uşaqlar” layihəsi, “Corel Draw” proqramı, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” və digər mövzular üzrə məruzələr dinlənilib.
   Treninqdə Mingəçevir, Şəki, Şirvan şəhər, Astara, Ağdaş, Ağcabədi, Bərdə, Qax, Tovuz, Xaçmaz, Zərdab rayonlarının mərkəzi kitabxanalarının, eləcə də paytaxtın Binəqədi rayonu Mərkəzi kitabxanasının əməkdaşları iştirak ediblər.
   Treninqin sonunda iştirakçılara sertifikatlar verilib.