Tanınmış türk yazıçısı Elif Şafak Avstriyada Avropa ədəbiyyat günləri çərçivəsində “Avstriya kitabçılarının fəxri mükafatı” ilə təltif edilib. O, mükafata əsərlərində düşüncə və fəaliyyətdə dözümlülüyü təbliğ etdiyinə görə layiq görülüb. Mükafatın məbləği 10 min avrodur. 
   Avstriyanın Şpits an der Donau şəhərində keçirilən mərasimdə qeyd edilib ki, E.Şafakın əsərlərində insanların bir-biri ilə düzgün ünsiyyəti üçün həssas yanaşmalar, eləcə də maraqlı personajlar və hekayətlər builki seçimlərdə jürinin diqqət mərkəzində olub. 
   Qeyd edək ki, “Eşq”, “İsgəndər”, “Ustam və mən”, “Cənnət qoxusu” və digər əsərlərin müəllifi həm Türkiyədə, həm də ölkə xaricində sevilən yazıçılardan biridir. İstanbulda və Londonda yaşayan Elif Şafakın əsərləri 40-dan çox dilə tərcümə olunub.