Belçikada premyerası keçirilən dünyanın ən əhatəli Leonardo da Vinçi sərgisi - “Leonardo da Vinçi Expo”nun ikinci dayanacağı Türkiyənin İstanbul şəhəri olacaq.
   Türkiyə mediasında yer alan məlumata görə, İntibah dövrünün məşhur rəssamının əsərləri istanbullu sənətsevərlərə dekabrın 14-də təqdim olunacaq. Sərgidə rəssam, filosof, musiqiçi, memar və mühəndis kimi tanınan Leonardo da Vinçinin orijinal eskizləri vasitəsi ilə hazırlanmış tablo və ştrixlər yer alacaq.
   2018-ci il aprelin 7-dək davam edəcək sərgidə Leonardo da Vinçinin əsərləri ilə yanaşı, dahi sənətkardan ilham alan Donatello, Rafael kimi İntibah dövrünün digər rəssamlarına aid nümunələr və sənədlər də nümayiş olunacaq.