Çinin Şanxay şəhərinin yaxınlığında möhtəşəm “Songjiang InterContinental” hotelinin tikintisi başa çatmaq üzrədir. O, 90 metr dərinliyi olan karyerdə yerləşir.
   2018-ci ilin yayında fəaliyyətə başlayacağı gözlənilən hotelin əsas korpusunun inşası praktiki olaraq başa çatıb. 
   Karyerdə hotel tikməyin kimin ağlına gəldiyi məlum deyil, lakin ilkin təsvirlərə görə o, təbii landşafta tam uyğun gəlir. Binanın iki mərtəbəsi yer səthindən yuxarıda, iki mərtəbəsi isə su altında yerləşir.
   “Songjiang InterContinental” hotelində 370 otaq olacaq. Binanın üzərindən şəlalə axacaq, yeni texnologiyalar günəş enerjisindən və geotermal enerjidən tam həcmdə istifadə etməyə imkan verəcək.