Noyabrın 22-də İçərişəhərdə - “Art Tower” qalereyasında tanınmış moldovalı rəssamlar İon və Yuliya Karkilanın sənət əsərlərindən ibarət “Moldova gül poeziyasında” adlı rəsm sərgisi açılıb.
   30-dan çox əsərin nümayiş olunduğu sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Moldovanın ölkəmizdəki səfirliyinin və “Arts Council Azerbaijan” qeyri-hökumət qurumunun təşkilatçılığı ilə reallaşıb. 
   İndiyədək dünyanın ən məşhur rəsm qalereyalarında əsərləri nümayiş olunan rəssamlar daha çox akvarel janrında əsərlərin müəllifi kimi tanınırlar.