Özbəkistanın review.uz portalında Azərbaycanın turizm sənayesi haqqında rus dilində geniş material dərc olunub.
   Məqalədə ölkəmizdə turizmin inkişafına böyük diqqət yetirildiyi vurğulanır.
   Bildirilir ki, 2025-ci ilə qədər Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunun regionun ən böyük hava limanı olması istiqamətində güclü iş aparılır. Hazırda aeroport dünyanın 50-dək hava limanından təyyarələr qəbul edirsə, 2025-ci ilə qədər bu rəqəmi 100-ə çatdırmaq niyyətindədir.
   Materialda Azərbaycanda qış turizminin inkişaf etdirilməsi perspektivləri, dağ, kənd və səhiyyə turizminin daha cəlbedici olması üçün görülən işlər haqqında da məlumat verilir.