Fransanın www.madame-oreille.com portalında “Azərbaycan gündəliyi, kontrastlar ölkəsinə səyahət” adlı məqalə dərc olunub.
   Məqalədə “Nomade aventure” qrupu ilə ölkəmizdə səfərdə olmuş fransalı jurnalist Azərbaycanın görməli yerlərindən, təbiətindən söz açır.
   Jurnalist ölkəmizdəki səyahətçilər üçün vacib olan stabilliyi və təhlükəsizliyi xüsusi qeyd edir. O, Azərbaycanın bölgələrinə səyahətindən danışır, dağlıq məkanlarda insanların gündəlik həyat ritmindən yazır.
   Məqalədə Bakının simvollarından Qız qalası, “Alov qüllələri” kompleksi, Qobustan Milli tarix-bədii qoruğu haqqında məlumatlar da yer alıb.