Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzi və “Gənclərin töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "My Production" tərəfindən “Qış tətili” adlı uşaq macəra filmi çəkilib. Çəkilişləri Bakı şəhəri və Xaçmaz rayonunda aparılan filmin rejissoru "My Production"un rəhbəri Teymur Nəcəfovdur. Filmdə “Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad Musa və mərkəzin üzvləri çəkiliblər.