ABŞ-ın Yuta ştatının Sedar şəhərində keçirilən 11-ci “Red Rock” film festivalı çərçivəsində Xocalı soyqırımından bəhs edən “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş etdirilib. Film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk sənədli ekran əsəridir.
   Los-Ancelesdə fəaliyyət göstərən yəhudi kinematoqraflar tərəfindən çəkilmiş sənədli film Xocalı soyqırımının canlı şahidlərinin müsahibələri və onların ifadələri vasitəsilə 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri diqqətə çatdırır. 
   Filmin ABŞ-da ilk nümayişi 2017-ci il fevralın 21-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı ilə bu şəhərdəki Simon Vizental Mərkəzinin Tolerantlıq muzeyində baş tutub.