Tbilisidə fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində bir sıra mətbuat orqanlarında çalışmış, BBC radiosunda prodüser işləmiş azərbaycanlı jurnalist Sədaqət İsmayılovanın xatirəsinə həsr olunmuş sərgi açılıb. 
   Açılış mərasimində Gürcüstan Azərbaycanlıları Mədəniyyəti Mərkəzinin əməkdaşları, S.İsmayılovanın təhsil aldığı İ.Çavçavadze adına Tiflis Dövlət Universitetinin Jurnalistika fakültəsinin keçmiş tələbələri, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Sərgi-guşə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə qədər muzeyin ziyarətçilərinə təqdim olunacaq.
   Xatırladaq ki, Sədaqət İsmayılova 1960-cı il noyabrın 28-də Tbilisi şəhərində anadan olub, 2015-ci il mayın 2-də dünyasını dəyişib.