Daşkənd İnformasiya Texnologiyaları Universitetinin nəzdindəki Mirzə Uluğbəy adına Akademik liseyin şagirdləri səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki “Odlar yurdunun naxışları” adlı xalça sərgisi ilə tanış olublar.
   Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova uşaqlara Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti haqqında məlumat verib, sərgidə Azərbaycan xalçaçılıq məktəblərinə aid 20-yə yaxın qədim xalçanın nümayiş etdirildiyini diqqətə çatdırıb. Mərkəzin əməkdaşı Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr, Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması barədə də danışıb. 
   Şagirdlər mərkəzdə yaradılan “Azərbaycan-Özbəkistan dostluğu muzeyi”ndəki eksponatlara da maraqla baxıblar.