Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 noyabr 2017-ci il tarixli sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin bir qrup əməkdaşına “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə Bəstixanım Əliyeva, Ruhəngiz Əliyeva, Sima Quliyeva, Nairə Sadıxova və Xatirə Tağıyeva fəxri adlara layiq görülüblər.