Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” musiqi qrupu İran İslam Respublikasının paytaxtı Tehranda konsert proqramı ilə çıxış edəcək.
   Bu barədə məlumat verən sənətkar deyib: “Konsertimiz dekabrın 8-9-da Tehranın “Talar” konsert salonda reallaşacaq. Biz bir neçə müddətdir ki, konsertə hazırlaşırıq”.
   Konsertdə xanəndə Mənsum İbrahimovu əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (balaban) və Kamran Kərimov (nağara) müşayiət edəcək. Proqramda xalq və bəstəkar mahnıları, muğam və təsniflərimiz səslənəcək.