Xətai Sənət Mərkəzində “İslam həmrəyliyi ili” çərçivəsində məktəblilər arasında “İslam həmrəyliyi və multikultural dəyərlər tolerantlığın əsasıdır” mövzusunda rəsm müsabiqəsi elan olunub.
   Müsabiqədə əsasən, İslam ölkələrinin oxşar adət-ənənələrini, milli geyimlərini, o cümlədən, dostluğu, qardaşlığı, humanizmi, tolerantlığı və sülhü özündə əks etdirən əsərlər seçiləcək.
   Sərgi-müsabiqədə 14 yaşa qədər uşaqlar iştirak edə bilərlər. İştirak etmək istəyənlər əsərlərini dekabrın 5-dən 12-dək Xətai Sənət Mərkəzinə təqdim etməlidir.