Dekabrın 2-dən 7-dək Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, “United Cultures” beynəlxalq təşkilatının və Yunanıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Yunanıstan mədəniyyəti günləri keçiriləcək. Tədbirin keçirilməsində məqsəd paytaxt sakinlərini və qonaqları yunan mədəniyyəti ilə tanış etməkdir. Tədbir çərçivəsində Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosun ilk dəfə Bakıda rəsm əsərlərinin sərgisi təşkil olunacaq. Bu rəsmlərin hər birində səfir öz milli ruhunu və ölkəsinə olan sevgisini nümayiş etdirir. Mədəniyyət günlərində həmçinin yunan filmləri nümayiş olunacaq.