Dekabrın 14-də İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında yerli və əcnəbi fotoqrafların əsərlərindən ibarət sərgi açılacaq.
   “Simalar” adlı sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Arts Concil Azerbaijan”ın təşkilatçılığı ilə gerçəkləşəcək. Sərgidə 40-dan artıq foto - yalnız insan simasını əks etdirən işlər nümayiş ediləcək.