Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dekabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Gənc istedadlar” adlı konsert olub.
   Konsertdə respublika və beynəlxalq müsabiqələrin laureatları - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının və Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin tələbələri çıxış ediblər.
   Gecədə Azərbaycan və dünya musiqisi klassiklərinin əsərləri səslənib. Tamaşaçılar gənc artistlərin çıxışlarını böyük maraqla qarşılayıblar.