Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Marat Haqverdiyevin “Məhəbbət və ağ ölüm” tamaşası ilə bölgələrdə çıxış edib. İmişli və Sabirabad rayonlarında təqdim olunan tamaşa Mədəniyyət və Turizm Nazirliyi ilə yerli icra hakimiyyəti orqanlarının birgə həyata keçirdiyi “Biz narkomaniyaya yox deyirik” teatr layihəsi çərçivəsində reallaşıb. Səhnə əsəri maraqla qarşılanıb.
   Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rolları Vaqif Kərimov, Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev və Niyaməddin Səfərəliyev ifa ediblər.