Dekabrın 9-10-da Azərbaycan Milli İncəsənət Muzeyində balacalar üçün “Best of 2017” adlı əyləncə proqramı təqdim olunacaq. Muzeydən bildirilib ki, balacaların sevincinə səbəb olacaq proqram məhz onların istəyinə uyğun gerçəkləşəcək. Uşaqlar “Sevimli qəhrəmanını yarat”, “Öz butanı yarat”, “Bacarıqlı əllər (Eyfel qülləsi)” və digər mövzularda özlərini sınayacaq, müxtəlif şou-proqramların şahidi olacaqlar.