Azərbaycan Milli Konservatoriyasında (AMK) musiqişünas alim Abbasqulu Nəcəfzadənin 60 illiyinə həsr edilmiş elmi seminar keçirilib.
   Tədbirdə AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova çıxış edərək seminarın əhəmiyyətindən danışıb. Professor A.Nəcəfzadənin çoxşaxəli yaradıcılıq yolu və milli musiqimizin araşdırılmasında göstərdiyi xidmətlərdən danışan prorektor ona bundan sonrakı elmi yaradıcılığında uğurlar arzulayıb.
   AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi professoru 60 illiyi münasibətilə təbrik edərək bildirib ki, Abbasqulu Nəcəfzadə milli musiqinin tədqiqi üzrə böyük alimdir.