Dekabrın 11-də Moskvada MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının XII Forumu açılacaq. Forum çərçivəsində “Birlik Ulduzları” mükafatı laureatlarının təltif edilməsi mərasimi keçiriləcək. Azərbaycanın Xalq rəssamı Fərhad Xəlilov da təltif edilənlər sırasındadır.
   MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən keçirilən ənənəvi forum bu dəfə “MDB-də ailə dəyərlərinin və ənənələrinin möhkəmlənməsində və dəstəklənməsində humanitar əməkdaşlığın rolu” mövzusuna həsr olunub.
   Tədbirdə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets, RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak edəcək.