Ölkəmizin zəngin tarixi, mədəni və təbii resurslarının mövcudluğu turizmin müxtəlif növləri ilə yanaşı, ekoturizmin inkişafı üçün də əlverişli şərait yaradıb. Ekoturizm fəaliyyəti üçün əlverişli ərazilər hesab edilən milli parklarda yaradılmış bir sıra turizm infrastrukturları, hazırlanmış turizm marşrutları və turist xidmətləri yerli və xarici turistlərin diqqətini cəlb edir.
   Hazırda ölkə ərazisində 9 milli park fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli fərmanının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı elektron xidmətlərin təşkili sahəsində Milli Parklara onlayn bilet satışını həyata keçirir. 
   Nazirliyin elektron xidməti vasitəsilə aşağıda qeyd olunan linkə daxil olaraq milli parklara onlayn bilet əldə etmək mümkündür: 
   https://e-xidmet.eco.gov.az/index.php?lang=az§ionid=3