Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Turizm İnformasiya Mərkəzi digər turizm informasiya mərkəzləri üçün metodiki mərkəz təyin olunub.
   Əmrin icrası ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi regional turizm informasiya mərkəzlərinin hotel, muzey, qoruq, ictimai-iaşə və turizm infrastrukturuna daxil olan obyektlər ilə birgə əməkdaşlığına dair tövsiyələr hazırlayaraq yerlərdəki turizm informasiya mərkəzlərinə göndərib.
   Sənəddə turizm infrastrukturuna daxil olan müəssisələrin turizm informasiya mərkəzləri ilə əməkdaşlığı, müvafiq müqavilələrin bağlanması, birgə turizm marşrutlarının tərtibatı, milli bayramların, müxtəlif sərgilərin, tədbirlərin təşkili, reklam-informasiya materiallarının və zəruri məlumatların mübadiləsi nəzərdə tutulub. Bu işdə hər bir regionun təbii və tarixi-mədəni turizm resursları, iqlim şəraiti və turizm sənayesinin inkişafına müsbət təsir edən bütün amillərdən səmərəli istifadə olması tövsiyə edilir.