Dekabrın 6-da Məmməd Səid Ordubadinin xatirə muzeyində görkəmli Azərbaycan rəqqasəsi, baletmeyster, Xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
   Tədbirdə sənətkarın ailə üzvləri, Bakı Xoreoqrafiya Akademiyasının müəllim və tələbələri, muzey əməkdaşları iştirak ediblər. 
   Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə, muzeyin elmi işçisi İradə Vəliyeva, baş fond mühafizəçisi, Xumar xanımın tələbəsi olmuş Rasimə Əhmədova, Bakı Xoreoqrafiya Akademiyasının konsertmeysteri Şəlalə Səfiyeva, xoreoqraf-rəqqasə Aliyə Ramazanova, Xumar xanımın xalası qızı Nüşabə Bədəlizadə, nəvəsi Anar Zülfüqarov sənətkarın həyat və yaradıcılığından söhbət açıblar, onunla bağlı xatirələrini söyləyiblər.
   Sonda sənətkarın səhnə həyatını əks etdirən radioveriliş səsləndirilib.