Rejissor Şamil Əliyevin “Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində keçirilən beynəlxalq film festivalında (Calcutta İnternational Cult Film Festival) “Qızıl tülkü” mükafatı (Golden Fox Award) ilə təltif olunub.
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmiş filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüseri Müşfiq Hətəmovdur.
   Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.