Layihə çərçivəsində növbəti konsert
   
   Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalı ilə birgə həyata keçirilən “Muğamat var olan yerdə” layihəsi davam edir. Layihə çərçivəsində dekabrın 8-də “Televiziya muğam müsabiqəsi”nin qalibi Almaxanım Əhmədli konsert proqramı ilə çıxış edib. Gecədə gənc xanəndənin ifasında “Çahargah kompozisiyası”, “Unuda bilmirəm”, “İnandır məni”, “Bayatı-Şiraz”, “Qal, sənə qurban”, “Yar bir olar, ya iki”, “Ehtiyacım var”, “Qarabağ şikəstəsi” dinlənilib.
   Konsert proqramı böyük maraqla qarşılanıb.