10-11 dekabr tarixində Tehranda İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Aşıq Qərib” Beynəlxalq aşıq festivalı keçirilib. Türkiyə, Gürcüstan saz ustadlarının da dəvət aldıqları festivalda Azərbaycanı Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi Abşeron rayon Xırdalan şəhər onbirillik Musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov təmsil edib.