Azərbaycan Milli İncəsənət Muzeyi “Symmetria” Sağlamlıq Mərkəzi ilə birlikdə ziyarətçiləri Yeni il ərəfəsində muzeyə dəvət edir.
   Muzeydən bildirilib ki, qonaqlar burada simmetrik və assimetrik kompozisiyalı harmonik, eyni zamanda ilhamverici unikal incəsənət əsərləri ilə tanış ola biləcəklər. 
   Muzeyə giriş biletlərinin qiymətləri artıq “Symmetria” Sağlamlıq Mərkəzi tərəfindən ödənilib. Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbərliyi mədəni irsin qorunması və iştirakında göstərdiyi dəstəyə görə mərkəzə öz təşəkkürünü bildirir.