Dekabrın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində Dağıstanın “Suvar” folklor qrupu konsert proqramı ilə çıxış edəcək. “YARAT Freestyle” proqramı çərçivəsində reallaşacaq konsert Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunur.
   "Suvar" folklor qrupu 1996-cı ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-jurnalist Sədaqət Kərimovanın təşəbbüsü və "Samur" Ləzgi mədəniyyət mərkəzi ictimai birliyinin dəstəyi ilə yaradılıb. Həmin vaxtdan bəri, bu kollektiv Azərbaycan və Dağıstan sakinlərinin böyük sevgisini qazanıb. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ansambla “Xalq kollektivi” adı verilib.