Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Qazax MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanasının Uşaq şöbəsi Molla Pənah Vaqifin ev-muzeyinə ekskursiya təşkil edib. Ekskursiyada Ş.Çobanov adına 4 saylı orta məktəbin müəllimi Sevinc Bəbiyevanın rəhbərliyi ilə 6 a sinif şagirdləri iştirak edib. Muzeyin bələdçisi Şamama Qocayeva ekskursiya iştirakçılarına böyük şair Vaqifin həyat və yaradıcılığı, muzeydəki eksponatlar haqqında ətraflı məlumat verib. Şagirdlər digər eksponatlara böyük maraqla baxıblar.